Xəzər Xəbər

Yeni aldığı avtomobilin texniki baxışı və siğortası olmadığı üçün cərimə gəldi – DYP qanunidir dedi VİDEO

Veb TV | 21:10 • 12 İyun 2024
Yeni aldığı avtomobilin texniki baxışı və siğortası olmadığı üçün cərimə gəldi – DYP qanunidir dedi

Avtombilin icbari siğorta və texni baxış müqaviləsi olsa da, sürücüyə bununla bağlı elektron cərimə protokolu tərtib edilib.

Xezerxeber.az xəbər verir ki, hadisə Şirvan sakini Alim Mahmudovun başına gəlib.

Vətəndaş may aynda Şəmkir rayonundan mikroavtobus alıb. Avtomobili alarkən sahibi ilə razılığa gəlib ki, avtomobili nömrəsiz alacaq və onu  yeni qeydiyyat nömrə nişanı ilə təmin edəcək.

Alim Mahmudov deyir ki, bu razılıq əsasında da, 30 may  2024-cü il tarixində Şəmkir rayonuna gedərkən idarə etdiyi  99-SD-057 qeydiyyat nömrə nişanlı avtomobilə ayr-ayrı vaxtlarda avtomobilin texniki baxış  və siğorta müqaviləsinin olmamsına görə elektron cərimə protokolu gəlib. İddiasına görə, avtomobilin həm siğorta, həmdə texniki baxışı olub.

Aidiyyəti qurumdan “Xəzər Xəbər”ə bildirilib ki, cərimə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin məlumatına əsasən yazılıb və qanunidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar