Xəzər Xəbər

Sənədsiz evlərlə bağlı hazırlanan portal son mərhələdə – RƏSMİ AÇIQLAMA VİDEO

Veb TV | 20:55 • 12 İyun 2024
Sənədsiz evlərlə bağlı hazırlanan portal son mərhələdə – RƏSMİ AÇIQLAMA

Eyni mənzili bir neçə nəfərə satmaq mümkün olmayacaq. Azərbaycanda sənədsiz evlərin sənədləşməsi məsələsi yenidən gündəmə gətirilib.

Xezerxeber.az-ın xəbərinə görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov bildirib ki, bir mənzilin bir neçə şəxsə satılması, ümumi sahənin düzgün hesablanmaması ilə bağlı şikayətlərin qarşısı məhz mənzillərin alt sistem işə düşdükdən sonra alınacaq.

Bundan sonra bir mənzil ancaq portal vasitəsilə elektron qaydada alqı-satqı oluna biləcək və bir şəxsə satıldıqdan sonra həmin mənzil bloklanaraq onun ikinci, üçüncü şəxslərə satılmasına yol verilməyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti