Xəzər Xəbər

Yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı cərimənin MƏBLƏĞİ ARTIRLIR VİDEO

Veb TV | 20:40 • 12 İyun 2024
Yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı cərimənin MƏBLƏĞİ ARTIRLIR

Səkilərdə avtomobil saxlayanlar cərimələnəcək.

Xezerxeber.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni maddədə əksini tapıb. Layihəyə əsasən, sürücülər nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə ediləcək.

Bundan başqa velosiped və avtobuslar üçün çəkilən zolaqlarda hərəkət edən və yaxud da park vəziyyətində olan avtomobil sürücüləri də 100 manat cərimələnəcək. Bu xəta həm də 2 balla qiymətləndiriləcək.

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, cərimə məbləğinin 60 manat artırılması təklifi çıxış yolu deyil.

İl ərzində bu xətanı bir neçə dəfə törətməklə 20 və daha çox bal toplanmasına görə sürücünün avtomobil idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılacaq.

Yeni qaydalara əsasən, taksi duracaqlarını zəbt edən digər avtomobil sürücüləri də 40 manat cərimə olunacaq.

Təkilif edilən dəyişiklikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobilin idarə edilməsinə görə cərimələr 100 manat arırılır.

Qaydaları pozan kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlər, yəni onlar üçün ayrılan zolaqda yox, avtomobil yolunda hərəkət edilməsinə görə, 40 manatdan 200 manata qədər cərimə nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti