Xəzər Xəbər

Qurban bayramında heyvanların satışı və kəsimi məntəqələrinə ciddi nəzarət olunacaq – AÇIQLAMA VİDEO

Veb TV | 22:22 • 11 İyun 2024
Qurban bayramında heyvanların satışı və kəsimi məntəqələrinə ciddi nəzarət olunacaq – AÇIQLAMA

Qurban bayramı ilə bağlı heyvan satışı və kəsimi məntəqələri hazır vəziyyətə gətirilir.

Xezerxeber.az-ın xəbərinə görə, Qida Təhlükəsiziliyi Agentliyinin şöbə müdiri Mansur Piriyev bildirib ki, agentlik gücləndirilmiş iş rejimində çalışacaq. Məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.

Şöbə müdiri qeyd edib ki bayram günlərində əsas fəaliyyətlərdən biri də qanunsuz heyvan kəsimlərinin qarşısını almaq olacaq.

Kəsim məntəqələrində baytarlıq laborotariyaları fəaliyyət göstərəcək. Hər hansı xəstəliklə bağlı şübhəli hal aşkarlanan heyvanlar məntəqələrdən uzaqlaşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti