Xəzər Xəbər

Sumqayıtda it dişləyən uşaq DANIŞDI VİDEO

Veb TV | 21:59 • 11 İyun 2024
Sumqayıtda it dişləyən uşaq DANIŞDI

Sumqayıtda azyaşlı uşaq sahibsiz itlərin hücumuna məruz qalıb.

Xezerxeber.az xəbər verir ki, hadisə şəhərin "Xəzər Bağları" yaşayış massivində baş verib.

Uşağın atası Vasif Nəzərov “Xəzər Xəbər”ə bildirib ki, oğlu günorta saat 12:00 radələrində  heyvanların hücumuna məruz qalıb. Nəticədə 11 yaşlı uşaq ayağından və bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb.

Sahibsiz küçə itlərinin hücumundən tək əziyyət çəkən bu ailə deyil. Yaxınlıqda yaşayan qonşular da sahibsiz itlərin qorxusundan küçəyə çıxa bilmədiklərini deyirlər.

Sumqayıt Tibb Mərkəzindən isə bildirildi ki, azyaşlı müalicə olunduqdan sonra evə buraxılıb və  həkim nəzarətində saxlanılır. Sumqayıt şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, şəhər ərazisində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə davamlı olaraq sahibsiz itlərin toplanaraq uyğun sığınacaqlara yerləşdirilməsi işləri həyata keçirilir.

Eyni zamanda sahibsiz itlərin peyvəndlənməsi işləri aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti