Xəzər Xəbər

Bölgələrdə narkotik ƏMƏLİYYATI… VİDEO

Veb TV | 22:30 • 11 İyun 2024
Bölgələrdə narkotik ƏMƏLİYYATI…

İrandan gələn narkotik vasitələrin Rusiya sərhəddinə çatdırılması planı ifşa olunub.

Xezerxeber.az-ın xəbərinə görə, Şəki  Polisinin keçirdiyi  əməliyyat zamanı  49 yaşlı Astara rayon sakini İlyas Dadaşov şübhəli kimi saxlanılıb. Ondan  2 kiloqram 100 qram heroin və 3 kiloqram marixuana aşkar olunub. Araşdırmalarla İlyas Dadaşovun maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb olunduğu müəyyən edilib. O, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotik vasitəni sifariş əsasında Rusiya Federasiyası ilə sərhədyanı əraziyə çatdırmalı  imiş.

Məhkəmənin qərarı ilə İlyas Dadaşov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Ağdamda da əməliyyat keçirilib. şübhəli bilinən rayon sakini Faiq Hüseynov saxlanılıb. Onun idarəsində olan avtomobildən və Bakı şəhərində yaşadığı evdən külli miqdarda metamfetamin, heroin, marixuana və metodon həbləri aşkar edilib. Eyni zamanda narkotik vasitəni satdığı rayon sakini Ələmdar İsmayılov da saxlanılıb. Ondan da külli miqdarda metamfetamin götürülüb.Faiq Hüseynov həmin narkotikləri sosial şəbəkədə tanıdığı "Samirə" və "Rza" adlı İran sakinləri vasitəsi ilə əldə etdiyini və onların dediyi ərazilərə çatdıraraq narkokuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar