Xəzər Xəbər

Bakıda 9 yaşlı qız qonaq getdiyi evin 9-cu mərtəbəsindən YIXILDI VİDEO

Veb TV | 22:12 • 11 İyun 2024
Bakıda 9 yaşlı qız qonaq getdiyi evin 9-cu mərtəbəsindən YIXILDI

Bakıda 9 yaşlı qız qonaq getdiyi evin  eyvanından yıxılıb.

Xezerxeber.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, azyaşlı qız ailəsi ilə birgə  Cəfər Xəndan küçəsində yaşayırmış. Dünən onlar qohumlarıgilə qonaq gediblər. Elə hadisənin də bu mənzilin eyvanında axşam saatlarında baş verdiyi deyilir.

TƏBİB-dən "Xəzər Xəbər"ə verilən məlumata görə, Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə dünən saat 18:08 radələrində Binəqədi rayonu, 8 mkr, Cəfər Xəndan küçəsində 9-cu mərtəbədən yıxılma səbəbilə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Nəticədə şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Baş Prokurorluqdan "Xəzər Xəbər"ə verilən məlumata görə isə, hadisəylə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar