Xəzər Xəbər

Bakıda daha bir prospektdə təmir işlərinə BAŞLANDI VİDEO

Veb TV | 21:35 • 11 İyun 2024
Bakıda daha bir prospektdə təmir işlərinə BAŞLANDI

Köhnə asfalt qatının qaşınması işləri aparılır.

Xezerxeber.az xəbər verir ki, kadrlar paytaxtın Nərimanov rayonu Atatürk prospektindəndir. Sürücülərin rahat gediş-gəlişinin təmin olunması üçün sözügedən prospektdə də təmir işlərinə start verilib.

Qeyd edək ki, köhnə asfalt qatı qaşınıb kənara daşındıqdan sonra yeni asfalt örtüyünün çəkilməsi işləri aparılacaq. Asfaltlama işləri yekunlaşdıqdan sonra yol nişanları və cizgi xətləri çəkiləcək. İşlərin yaxın günlərdə yekunlaşması planlaşdırılır. Sürücülərdən təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Bu arada Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqinə də başlanıb. Şəmsi Bədəlbəyli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək xüsusi hərəkət zolaqları təşkil edilib.

AYNA-nın mətbuat katibi Tural Orucov onu da əlavə etdi ki, yaxın günlərdə daha bir neçə küçəni əhatə edən 44 kilometr uzunluğunda avtobus zolaqlarının təşkilinə başlanacaq.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar