Bəzən vətəndaşların kredit ödəniş müddətinin sonuncu günü qeyri-iş günlərinə təsadüf edir. Bu zaman bəzi banklar ödənişi öncədən tələb edirlər.
Bir gün gecikmə ilə müştərilərini “qara siyahı”ya ala bilən bəzi təşkilatların istirahət və bayram günləri ödənməli olan pulu əvvəlki iş günündə tələb etməsi nə dərəcədə düzgündür?
Xezerxeber.az xəbər verir ki, paytaxt sakinləri arasında belə halla qarşılaşanlar heç də az deyil.
Vəkillər Kollegiyasının üzvü Anar Ramazanovun sözlərinə görə, banklar bir qayda olaraq, vətəndaşlara kredit və digər borc vəsaitlərini cəlb edilmiş vəsait hesabına verir. Kredit və müqavilə münasibətlərində yaranan bütün öhdəliklər isə müəyyən bir müddətlə bağlıdır.
Vəkil deyir ki, kreditin son ödəniş tarixi şənbə-bazara, həmçinin rəsmi bayram və ya qeyri-iş günü elan edilmiş günlərə təsadüf edərsə, bu zaman öhdəlik qeyri-iş günündən sonra gələn növbəti ilk iş günü ərzində ödənilməlidir.
Mövzu ilə bağlı Azərbaycan Banklar Assosiasiyasından da “Xəbər Ertəsi”nə bildirildi ki, məsələ qanunvericiliklə tənzimlənir. Belə ki, Mülki Məcəllənin 370-ci maddəsi imperativ tələbdir və qeyri-iş gününə düşən ödənişlərə növbəti iş gününədək gecikmə və ya cərimə hesablanmamalıdır.
Daha ətraflı videomaterialda: