Özbəkistanda Azərbaycan Mədəniyyəti günləri keçirilir.
Xezerxeber.az xəbər verir ki, paytaxt Daşkənddə baş tutan mədəniyyət günlərinə Azərbaycan və Özbəkistan Mədəniyyət nazirlərinin iştirak etdiyi konfransla start verilib. Burada 2 cildlik "Məhəmməd Füzulinin Külliyyatı" kitabı da təqdim edilib.
Konfransın açılışında Özbəkistanın mədəniyyət naziri Ozotbek Nazarbekov bildirib ki, Azərbaycan və Özbəkistan mədəniyyətləri bir-birinə sıx bağlıdır.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Bakıdan 250 nəfər mədəniyyət işçisi, sənət adamları iştirak edir.
Xezerxeber.az ətraflı videomaterialı təqdim edir.