Xəzər Xəbər

İldırım vurması nəticəsində həlak olan hərbçilərimiz DƏFN EDİLDİ VİDEO

Veb TV | 21:25 • 10 İyun 2024
İldırım vurması nəticəsində həlak olan hərbçilərimiz DƏFN EDİLDİ

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olan mayoru Baxış Baxışlı dəfn edilib.

Xezerxeber.az xəbər verir ki, Tərtər rayonunun İsmayılbəyli kəndində keçirilən vida mərasimində doğmaları ilə bərabər, rayon ictimaiyyəti, hərbçi yoldaşları, şəhid ailələri və müharibə veteranları iştirak edib. Daha sonra o, İsmayılbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.

İldırım vurması nəticəsində həlak olan əsgər Əli Nağıyevlə isə Gəncə şəhərində vida mərasimi keçirilib. O, Gəncə Şəhidlər Xiyabanında dəfn olunub. Əli Nağıyev bu ilin yanvarından müddətli həqiqi hərbi xidmətdə idi.

Qeyd edək ki, hərbi hissə tərəfindən müvafiq arayış təqdim edildikdən sonra hər iki hərbçimizə şəhid statusu veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar