Xəzər Xəbər

Şabranda AĞIR QƏZA... VİDEO

Veb TV | 21:05 • 10 İyun 2024
Şabranda AĞIR QƏZA...

Minik maşını yük maşını ilə toqquşub, nəticəsi ölüm olub.

Xezerxeber.az xəbər verir ki, hadisə  Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobil hərəkətdə olarkən Gədəbəy rayon sakini Siyavuş Sadıqovun idarə etdiyi  yük avtomobilinə çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü, 35 yaşlı paytaxt sakini Pərvanə Quliyeva hadisə yerində ölüb.

Minik avtomobilində olan daha 4 nəfər, sərnişinlər - 29 yaşlı Nigar Məmmədova  3 azyaşlı  ağır bədən xəsarətləri alıblar. Onlar Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Goranboyda isə idarəetmdən çıxan minik maşını yüksək gərginlikli elektrik dirəyinə çırpılıb, sürücü ölüb. Ağır yol qəzası goranboy-tərtər yolunun rayonun xanqərvənd kəndindən keçən hissəsində baş verib. 35 yaşlı Əhməd Seyidov idarə etdiyi avtomobilin sükanına hakimiyyəti itirərək onu elektrik dirəyinə çırpıb. zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb, minik maşının sürücüsü dünyasını dəyişib. Qəza zamanı avtomobilin çırpıldığı yüksək gərginlikli elektrik xəttlərini daşıyan dirək də yararsız hala düşüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar