Xəzər Xəbər

Son günlər baş verən ağır qəzaların SƏBƏBİ NƏDİR? VİDEO

Veb TV | 20:57 • 10 İyun 2024
Son günlər baş verən ağır qəzaların SƏBƏBİ NƏDİR?

Bir neçə gündə ''Xəzər Xəbər' əməkdaşlarının çəkib təqdim etdiyi yol qəza hadisələrində 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

Ağır yol-nəqliyyat hadisələri əsasən rayon yollarında, magistrallarda baş verib. Müşahidələr onu göstərir ki, xüsusən də havalar biraz isinən kimi ağır qəzalar olur.

“Bəs qəzaların tez-tez olmasında həqiqətən də mövsümün təsiri varmı?”

Adətən üzü yaya doğru yollarda həm piyadaların, həm də avtomobillərin hərəkətliliyi artır. Buna görə də sürücülər hərəkətdə olarkən hava və yol şəraitini düzgün qiymətləndirməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev sürücülərə bu mövsümdə yola çıxarkən nələrə diqqət etməyin lazım olduğunu diqqətə çatdırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar