Xəzər Xəbər

Sumqayıtda amansızlıqla qətlə yetirilən gəncin ölümü ilə bağlı TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:30 • 9 İyun 2024
Sumqayıtda amansızlıqla qətlə yetirilən gəncin ölümü ilə bağlı TƏFƏRRÜATLAR

Sumqayıtda 29 yaşlı gənc bıçaqlanaraq öldürülüb.

Xezerxeber.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində Səməd Vurğun küçəsində qeydə alınıb.

Araşdırma zamanı məlum olub ki, hadisə ötən gecə saat 2 radələrində baş verib. Öldürülən Nicat Bayramov, Sumqayıtda 34-cü məhəllədə yaşayır və avtosalonların birində çalışırmış.

Hadisə baş verən kafeyə elə iş yoldaşı ilə birlikdə gedibmiş. İddia olunur ki, Nicat Bayramov Nüsrət Həsənəli ilə kafedə mübahisə edib və hadisə də bundan sonra baş verib.

Hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, 25 yaşlı Nüsrət Həsənəlilinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Nicat Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nüsrət Həsənəlili iş üzrə şübhəli şəxs qismində tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Tağı Əhmədov vəfat edib
21:15 • 18 Oktyabr 2024