Xəzər Xəbər

Gündəlik yüzminlərlə sərnişinə xidmət edən metroda tibb məntəqələri NİYƏ YOXDUR? VİDEO

Veb TV | 21:05 • 9 İyun 2024
Gündəlik yüzminlərlə sərnişinə xidmət edən metroda tibb məntəqələri NİYƏ YOXDUR?

Gündəlik 700 minə yaxın sərnişinə xidmət edən Bakı metropolitenində xüsusi tibb məntəqələri fəaliyyət göstərmir.

Xezerxeber.az xəbər verir ki, xüsusilə havaların isinməsi ilə səhər və axşam saatlarında metroda yaşanan sıxlıq səbəbindən bəzi sərnişinlərin səhhətində problemlər yaranır.

Vətəndaşlar bildirir ki, belə hallar yaranan zaman təcili tibbi yardım gec gəldiyindən sərnişinlər özləri ilkin tibbi yardım göstərməli olurlar.

Onlar deyirlər ki, son zamanlar sıxlıq artdığından metroda tibb məntəqələri olmalıdır.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin rəhəri Bəxtiyar Məmmədov "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, ilkin tibbi yardımla bağlı çağırış daxil olduqda stansiyaya ən yaxın məntəqədən tibbi heyətin gəlməsi təmin olunur.

Qurum rəsmisi onu da əlavə etdi ki, tibb məntəqələrinin yaradılması məsələsi müntəzəm olaraq diqqətdə saxlanılır, xüsusi zərurət yaranacağı təqdirdə metropoliten stansiyalarında xidmətin təşkil olunması məsələsinə baxıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Tağı Əhmədov vəfat edib
21:15 • 18 Oktyabr 2024

Çox oxunanlar