Xəzər Xəbər

Naxçıvana yenidən bilet problemi yaşandı – “AZAL”dan AÇIQLAMA VİDEO

Veb TV | 20:25 • 9 İyun 2024
Naxçıvana yenidən bilet problemi yaşandı – “AZAL”dan AÇIQLAMA

Naxçıvana bilet tapmaq müşkül məsələyə çevrilib.

Xezerxeber.az xəbər verir ki, bunu AZAL-ın Bakıdakı satış ofisinlərinin birinin qarşısında dayanan şəxslər bildirib.

Onlar deyir ki, ayın 22-dək kassada bilet yoxdur. Naxçıvana təcil səfər etməyə məcbur olanlar gecəni səhərə qədər aerokassada gözləməyə məcbur qalır ki, bəlkə kiminsə səfəri təxirə salınsa, onun yerinə uça bilsinlər. O da bildirildi ki, vəziyyət son 1 aydır ki, belə davam edir.

Naxçıvana uçanlar deyir ki, yay ayları başlayanda eyni vəziyyət yaşanır.

Ayın sonuna və iyul ayına bilet almağa gələnlər isə rahatlıqla bilet tapdıqlarını bildirdilər. Qeyd etdilər ki, bileti əvvəlcədən alırlar ki, problemlə rastlaşmasınlar.

Məsələ ilə bağlı “AZAL”-ın mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov "Xəzər Xəbər"ə bildirdi ki, ənənəvi olaraq yay mövsümündə aviadaşımalar bazarında yüksək tələbat müşahidə olunur. Tələbat artımı Naxçıvan istiqamətində də qeydə alınır. Buna görə də "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər açıb.

Bildirildi ki, hal-hazırda AZAL Naxçıvan istiqamətində gündəlik reyslərin sayını 9-a çatdırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar