Xəzər Xəbər

FHN Səbaildə dənizə yaxın açıq ərazidə baş verən yanğını belə SÖNDÜRDÜ VİDEO

Veb TV | 18:58 • 9 İyun 2024
FHN Səbaildə dənizə yaxın açıq ərazidə baş verən yanğını belə SÖNDÜRDÜ

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Xezerxeber.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Çox oxunanlar