Xəzər Xəbər

Metronun "Dərnəgül" stansiyasının yaxınlığındakı parkda ACINACAQLI VƏZİYYƏT VİDEO

Veb TV | 21:40 • 8 İyun 2024
Metronun "Dərnəgül" stansiyasının yaxınlığındakı parkda ACINACAQLI VƏZİYYƏT

Paytaxtın daha bir yaşıllıq ərazisində sakinlərin istirahəti üçün qoyulmuş skamyalar yoxa çıxıb.

Xezerxeber.az xəbər verir ki, Binəqədi rayon 7-ci mikrarayon ərazisindəki parkda da indi vəziyyət təqribən belədir.

Metronun "Dərnəgül" stansiyasının yaxınlığında salınmış, gediş gəlişin gur olduğu bir ərazidə yerləşən mini park bir neçə il əvvəl salınıb. İlk vaxtlar burada çox sayta skamyalar qoyulub. Lakin sonradan yoxa çıxıb.

Parkda yaranmış vəziyyət sakinlərin heç ürəyincə deyil.

Parkdakı oturacaqlar ərazidən götürüləndə sakinlərə yenisi ilə əvəzlənəcək vədi verilib.

Mövcud vəziyyətlə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə  bildirilib ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək və aidiyyəti üzrə tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar