Xəzər Xəbər

Əlverişsiz hava bölgələrdə evlərə CİDDİ ZİYAN VURDU VİDEO

Veb TV | 22:00 • 8 İyun 2024
Əlverişsiz hava bölgələrdə evlərə CİDDİ ZİYAN VURDU

Külək ağacları qırdı, evlərə ziyan vurdu...

Xezerxeber.az xəbər verir ki, görüntülər Zaqataladandır. Güclü külək əsib, leysan yağıb və bəzi ərazilərə qısa müddətli dolu düşüb.

Güclü külək səbəbindən Zaqatala şəhərində və bir sıra kəndlərin ərazisində ağaclar, elektrik və rabitə dirəkləri aşıb. Rayonun bir çox ərazilərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Dağlıq əraziyə yağan leysan səbəbindən Tala çayı və rayondaxili bir sıra çaylarda suyun səviyyəsi kəskin artıb, qısamüddətli sel keçib.

Zaqatala şəhəri, Yuxarı Tala və Aşağı Tala kəndlərində ümumilikdə 100-ə yaxın evin həyətyanı sahəsinə, 30-a yaxın evin isə birinci mərtəbəsinə və zirzəmilərinə yağış suları dolub. Sel suları kəndin bəzi kənd daxili yollarını yuyub aparıb, gediş-gəlişdə ciddi problemlər yaradıb. Kənd sakinlərinin şəxsi təsərrüfatlarına ziyan dəyib, ev quşlarını sel aparıb.

Gecə saatlarında müvafiq qurumların nümayəndələri ərazilərə ezam edilib, baş vermiş fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar.

Küləklə müşayət olunan şiddətli yağış Şəkidə də fəsadlar törədib. İrigövdəli ağaclar avtomobillərin üzərinə aşıb. Köməkçi binaları, yolları su basıb, elektrik enerjisi təchizatında fasilə yaranıb.

Hazırda dağıntıların aradan qaldırılması üçün işlər aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar