Xəzər Xəbər

Bölgələrdə kirayə mənzil bazarında qiymətlər - ARAŞDIRMA VİDEO

Veb TV | 20:45 • 8 İyun 2024
Bölgələrdə kirayə mənzil bazarında qiymətlər - ARAŞDIRMA

Paytaxtla yanaşı, bölgələrdə də aylıq kirayə mənzillərin qiyməti artıb.

Xezerxeber.az-ın xəbərinə görə, rayonlarda fəaliyyət göstərən rieltorlar bildirirlər ki, qiymətlər mənzillərə görə dəyişir.

Sənan Nuriyev deyir ki, Mingəçevirdə əvvəlki illərlə müqayisədə əşyasız 2,3 otaqlı mənzillərin qiymətində 150 manata qədər bahalaşma müaşahidə edilir. Şəhərdə əvvəllər aylıq kirayə qiyməti 80-100 manat arasında dəyişən bir otaqlı mənzillərin qiyməti isə 200 manata qədər bahalaşıb.

"Lənkəranda da eyni mənzərə yaşanır"

Rieltorların sözlərinə görə, rayonda tələbata uyğun istənilən sayda və müxtəlif dizaynda kirayə verilən evlər var. Bu da rayona istər təhsil almaq üçün istərsə də işləmək üçün gələnlərin rahat şəkildə kirayə mənzil tapa bilmsi üçün imkanı yaradır. Qiymətlər isə məkandan və evin şəraitindən asılı olaraq dəyişir.

Rieltor Baba Həsənov deyir ki, Lənkəranda kirayə verilən bina evlərinə təlabat çox olduğu üçün bu il qiymətlər  artırılıb.

Paytaxta yaxın Sumqayıtda isə bahalaşma özünü daha çox biruzə verir. Şəhərin kirayə mənzil bazarında vəziyyəti dəyərləndirən rieltor  Eldar Sadıqov bildirib ki, köhnə tikili binalarda 3 otaqlı əşyalı mənzillərin qiyməti 300-350 manatdan başlayır.

Mərkəzi hissələrdə yeni tikili binalarda isə qiymətlər 1000 manata qədər yüksəlir.

Reirtorlar onu da bildirbilər ki, sentyabr ayında-yeni tədris ilinin başladığı ərəfədə  qiymətlər müəyyən qədər dəyişə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti