Xəzər Xəbər

Ölkə daxili turlarda turistləri niyə səyahət siğortasi etmirlər? VİDEO

Veb TV | 21:55 • 7 İyun 2024
Ölkə daxili turlarda turistləri niyə səyahət siğortasi etmirlər?

Havalar isindikcə daxili turların sayı durmadan artır. Xüsusilə istirahət günlərini fürsət bilənlər tur şirkətləri ilə və ya fərdi qaydada bölgələrə üz tuturlar.

Təəssüflər olsun ki, bəzən bu turlar zamanı avtoqəzalar baş verir. Ən son dünən istirahət üçün səfərə çıxanlar Cəlilabad rayonu ərazisində ağır qəza keçiriblər. Nəticədə 2 nəfər dünyasını dəyişib, 9 nəfər isə xəsarət alıb.

Bu fakt bir daha xüsusilə daxili turlarda səyyahət sığortası məsələsini aktuallaşdırıb.

Xezerxeber.az-ın xəbərinə görə, sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, xüsusilə səfərə gedənlər bu kimi risqlər zamanı özlərini sığortalamalıdırlar.

Onlar istənilən sığorta şirkətindən könüllü olaraq səyyahət sığortası əldə edə bilərlər. Üstəlik bu sığorta məhsulunun qiyməti olduqca aşağıdır.

Ekspert deyir ki, qanunsuz turlarda əsasən sərnişinlərin fərdi qəza sığortası olmur. Nəticədə belə hadisələr zamanı mənəvi zərərlə yanaşı, turistlər maddi zərəri də öz vəsaitləri hesabına ödəməli olurlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti