Xəzər Xəbər

İşsizlər üçün məşğulluq tədbirləri həyata keçiriləcək VİDEO

Veb TV | 22:30 • 7 İyun 2024
İşsizlər üçün məşğulluq tədbirləri həyata keçiriləcək

Parlament 2024-cü il dövlət büdcəsinə dəyişiklikləri ilk oxunuşda təsdiqlədi.

Xezerxeber.az xəbər verir ki, dəyişikliklərdə 3 milyard 796 milyon manat məbləğində yeni xərclərin həyata keçirilməsi nəzərdə tutulub.

Plenar iclasda "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq təsdiqlənib. Dəyişikliyə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədilə tədbirlər həyata keçiriləcək.

Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclasının iyunun 14-də keçiriləcəyi bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti