Avtomobilini idarə etmədiyi halda sürücüyə elektron protokol tərtib edilib.
Xezerxeber.az xəbər verir ki ,hadisə paytaxt sakini Şahin Nağıyevin başına gəlib. Sürücü iddia edir ki, gecə saatlarında evdə olduğu vaxt ''90-SX-599'' dövlət nömrə nişanlı avtomobili cərimə edilib.
Sürücü cərimənin yanlış yazılması ilə bağlı dərhal Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verib. Şahin Nağıyev onu da iddia edir ki, cəriməsi ona gələn sürücü öz avtomobilinin dövlət nömrə nişanına müdaxilə edib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən ''Xəzər Xəbər''ə bildirildi ki, sürücünün müraciəti araşdırılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektrou Elvin Hacıyev onu da əlavə etdi ki, həmin protokol qayda pozan sürücüyə göndərilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.