Xəzər Xəbər

Birinci sinifə qeydiyyatdan keçənlərin sayı NİYƏ AZALIB? VIDEO

Veb TV | 20:35 • 7 İyun 2024
Birinci sinifə qeydiyyatdan keçənlərin sayı NİYƏ AZALIB?

Ölkədə birinci sinifə gedən uşaqların sayı ildən-ilə azalır…

Xezerxeber.az xəbər verir ki, statistikaya əsasən, 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin 1-ci sinfinə 153 min 822, 2022-2023-cü tədris ilində isə 152 minə yaxın uşaq gedib. Sonuncu tədris ilində isə bu say 135 minə enib. Növbəti tədris ilində isə 132 min uşağın birinci sinfə qəbulu nəzərdə tutulur.

Sosioloq Mail Yaqub bildirib ki, bunun əsas səbələrindən biri boşanmalarla əlaqəlidir. Onun sözlərinə görə azalamaya digər amillərin də təsiri az deyil. Ötən əsrin 60-cı illərində qadınlar orta hesabla 6-7 uşaq dünyaya gətirirdisə, bu statistika indi tam dəyişib.

Təhsil eksperti Elçin Murad isə deyir ki, birinci sinifə gedən uşaqların sayının azalması aktual məsələlərdən biridir. O bildirib ki, valideynlərin digər məktəblərə üz tutması da bu məsələdə müəyyən rol oynayır.

Ekspertlər hesab edir ki, mənfi tendensiyanın qarşısını almaq üçün boşanmaların sayı azaldılmalı, əhali sayının artım tempini yüksəltmək üçün stumullaşdırıcı addımlar atılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar