Azərbaycanda dövlət qurumlarına kiberhücumların sayı artıb.
Xezerxeber.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisi Azər Əhədov Dövlət Qurumlarının İT rəhbərlərinin IV Zirvə Toplantısında bildirib.
Onun sözlərinə görə, bu vəziyyətdə, dövlətdən biznesə və vətəndaş cəmiyyətinə etibarlı və təhlükəsiz rəqəmsal ekosistem yaratmaq üçün qüvvələr birləşdirilməlidir.
İnformasiya Texnologiyaları sahəsinin vacibliyindən danışan Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə isə qeyd edib ki, kadr hazırlığı olmadan texnoloji inkişaf fayda verməyəcək.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Azərbaycanda süni intellektin bəzi hallarda artıq şantaj və montaj texnologiyası kimi istifadə ediliyini bildirib. Onun sözlərinə görə, bu baxımdan çox diqqətli olmalıyıq. "Hakerlər etik və digər sərhədlər tanımır, hər vasitədən maksimum istifadə edirlər ki, kiberdələduzluq halını genişləndirsinlər və vətəndaşları aldatsınlar. Texnologiyalar bir az daha inkişaf edəndən sonra bu təhlükələri anlamaq daha da çətin olacaq",-deyə Tural Məmmədov qeyd edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.