“Xəzər Xəbər”in çəkiliş qrupu repressiya qurbanı olan gənc şair Mikayıl İsmayılzadə Müşfiqin həyatda qalan son qohumlarının evində olub. Onlar Mikayıl Müşfiqin əmisi nəvələridir.
Şairin 110 illiyində ona aid olduğu iddia edilən sümük qalıqları üzərində DNT analizi aparılması üçün əmisi nəvəsi Vahab İsmayılzadədən nümunə götürülmüşdü. Ötən gün aparılan analizin nəticələri məlum olub. Cavab isə İsmayılzadələr ailəsini məyus edib.
Müşfiqin sümüklərinin hələ də tapılmamasının səbəbi də onun ölümü qədər dəhşətvericidir.
Ailə isə ev muzeyi ilə bağlı Mədəniyyət Nazirliyinə də müraciət edib, lakin bildirirlər ki, onlara hələ ki heç bir cavab verilməyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.