Xəzər Xəbər

Füzuli içməli su ilə tam təmin olunma mərhələsində VİDEO

Veb TV | 22:00 • 6 İyun 2024
Füzuli içməli su ilə tam təmin olunma mərhələsində

Füzuli şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsi  2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla, 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb.

Xezerxeber.az-ın xəbərinə görə, Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi İlqar Tağıyev bildirib ki, Füzuli şəhərini və ətraf kəndləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə su mənbəyi olaraq subartezian quyuları seçilib. Rayonun Govşatlı kəndi yaxınlığında 15 subartezian quyusunun qazılması nəzərdə tutulub, artıq 3 quyunun qazılması başa çatdırılıb. Şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca, yeni quyuların qazılması təmin ediləcək. Bununla yanaşı su anbarları da inşa olunur.

İşğal zamanı rayon ərazisində dağıdılmış su anbarları da yenidən bərpa edilir. Köndələnçay-1" su anbarı 3,9 milyon kubmetr, "Köndələnçay-2" 2,1 milyon kubmetr, "Aşağı Köndələnçay" su anbarı isə 9,5 milyon kubmetr su tutumuna malikdir.

Bu su anbarları vasitəsilə Füzulinin 6200 hektar ərazisi suvarma suyu ilə təmin olunur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar