Xəstəxanaların həftəsonu fəaliyyəti vətəndaşları qane etmir.
Xezerxeber.az xəbər verir ki, sosial şəbəkələrdə də bununla bağlı paylaşımlara rast gəlinir.
“Bəs bu iddialar nə dərəcədər doğrudur?”
Amma, razı qalanlar və əksini düşünənlər də var.
“Maraqlıdır, bayram və bazar günləri İcbari Tibbi Sığorta üzrə iş prinsipi dövlət xəstəxanalarında necə tənzimlənir?”
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, təcili və təxirəsalınmaz hallarda vətəndaşa tibbi xidmət, göndəriş vərəqəsi olmadan, dərhal göstərilir.
Təcili hal zamanı pasientə dövlət xəstəxanalarında tibbi xidmətin göstərilməsi mümkün olmadıqda vətəndaş qeyri-iş günləri daxil olmaqla göndəriş olmadan Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən istənilən birinə yaxınlaşaraq, tibbi xidmətdən yararlana bilər. Lakin burada bir məqam dəqiqləşdirilməlidir. Əgər vətəndaşa göstəriləcək xidmət İcbari Tibbi Sığorta zərfina aid deyilsə, bu zaman Agentlik sığorta ödənişindən imtina edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.