Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Məhəmmədli dairəsinin ətrafında piyadalar mütəmadi olaraq avtomobil yolundan istifadə edirlər.
Xezerxeber.az-ın xəbərinə görə, ərazidə yaşayan sakinlər və yoldan istifadə edən piyadalar deyir ki, ağır tonnajlı yük maşınları illərdir onların yolunu zəbt edib. Bu səbəbdən də təhlükəli də olsa avtomobil yolu ilə gedirlər.
Məsələ ilə bağlı Yerüstü nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, nizamnaməyə görə şəhər kənarında səkilərin inşası onların yox, yerli icra hakimiyyətinin balansındadır.
Sabunçu rayon İcra Hakimiyyətindən isə məsələnin onlara aid olmadığı qeyd olundu. Bildirildi ki, Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edək.
Agentlikdən isə dedilər ki, onlar səkiyə yox, yolun hərəkət hissəsinə cavabdehdirlər. Əraziyə sahib çıxan olmadığından görünür sakinlərin problemi də həll olunmadan qalacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.