Xəzər Xəbər

Daşınmaz əmlak, obyekt alarkən ƏDV-ni əldə etmək istəyənlər bunu MÜTLƏQ ETMƏLİDİR VİDEO

Veb TV | 21:13 • 6 İyun 2024
Daşınmaz əmlak, obyekt alarkən ƏDV-ni əldə etmək istəyənlər bunu MÜTLƏQ ETMƏLİDİR

Mənzil alırlar, amma ədv ödənişindən geri qaytarılmalı olan məbləği ala bilmirlər.

Xezerxeber.az xəbər verir ki, səbəb bəzi vətəndaşların bununla bağlı qaydaları ya bilməməsi, ya da əməl etməməsidir.

Ekspertlər deyir ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması şərtləri və qaydasına bəzən vətəndaşlar diqqət etmirlər. Buna görə də ya sözügedən vəsaiti əldə edə bilmirlər, ya da ƏDV ödənişinə düşməyən mənzil alırlar.

İqtisadçı Xalid Kərimli qeyd edib ki, vətəndaş ədv ödənişindən geri qaytarılmalı olan məbləği ala bilmək üçün MTK-ya nağdsız qaydada ödəniş etdikdən sonra elektron vergi hesabı açmalıdır. Əksər vətəndaşlar isə bunu VÖEN-lə səhv salırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar