Bakıda yaşayış binalarında fantastik qiymətə qarajlar satılır. Bəzi yeni tikililərdəki qarajlar o qədər bahadır ki, həmin pulla köhnə tikililərdən mənzil də almaq mümkündür.
Xezerxeber.az xəbər verir ki, qiymətlərin belə yüksək olması tələbatın çox olması ilə əlaqələndirilir.
Ekspertlər isə deyir ki, MTK-ların binaların zirzəmilərini bölüb satmağa ixtiyarları yoxdur.
Əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov deyir ki, vətəndaşlar MTK idarəetməsindən imtina edərək Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaratsalar, bu halda hüquqları pozulmaz.
Ekspert onu da qeyd edib ki, əksər xarici ölkələrdə mənzil alan sakin həm də qaraja sahib olmuş olur. Biz də isə bu hala çox az rast gəlinir.
Ona görə də qarajların da xüsusiləşdirilməsinə ehtiyac var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.