Cavanşir körpüsündə söküntü işlərinin əsas hissəsi yekunlaşıb.
Xezerxeber.az xəbər verir ki, iş icraçılarının verdiyi məlumata görə, ərazidə müasir infrastruktura cavab verən yol çəkiləcək. Eyni zamanda yaşıllıq zonasının olması planlaşdırılır. Vətəndaşların təhlükəsiz hərəkət etməsi üçün bir neçə piyada zolağı da olacaq.
İş icraatçısı Vüsal Alıyevin verdiyi məlumata görə, körpü tamamilə sökülüb, materiallar kənarlaşdırılıb.
Onun sözlərinə görə, işin onlara düşən hissəsini bir ay ərzində təhvil verəcəklər.
Bildirildi ki, havalar isti keçsə də işlər sürətlə davam edir.
Avtomobil Yolları Dövlət Agentliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, hələ ki, söküntü davam edir. İşlərin 4 ay ərzində yekunlaşması planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.