Xəzər Xəbər

Bakı sakini Polşaya “viza düzəldən”lərin necə qurbanı oldu? – TƏFƏRRÜAT VİDEO

Veb TV | 20:55 • 6 İyun 2024
Bakı sakini Polşaya “viza düzəldən”lərin necə qurbanı oldu? – TƏFƏRRÜAT

Polşada işə düzəlmək istədi, həm pulundan oldu, həm də işi alınmadı...

Xezerxeber.az xəbər verir ki, söhbət Bakı sakini Murad Məcidlidən gedir.

Onun iddiasına görə, Polşaya viza almaq və orada işə düzəlmək üçün Bakıda fəaliyyət göstərən ''Haralar Travel'' MMC-yə müraciət edib.

Onunla şirkət rəhbəri Qəzənfər Aloyev arasında 2023-cü ildə müqavilə imzalanıb. O, bu xidmətin qarşılığında Qəzənfər Aloyevə 4 min manat pul vəsaiti verib. Ancaq şirkət Murad Məcidlini Polşaya göndərə bilməyib. Bununla belə, o pulunun qaytarılmadığını deyir.

Sonradan tərəflər yaranmış problemi məhkəmədə həll etməyə çalışıblar.

Məhkəmə də Murad Məcidli zərərçəkmiş kimi tanıyıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar