Xəbər verdiyimiz kimi, istirahət mərkəzinə gedən mikroavtobus dərəyə yuvarlanıb, nəticəsi ölüm olub.
Hadisə Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində qeydə alınıb. Şahidlərin bildirdiyinə görə, bir qrup sərnişinlə kənddə yerləşən istirahət mərkəzinə doğru hərəkətdə olan nəqliyyat vasitəsi aşırımı aşa bilmədiyindən dərəyə yuvarlanıb.
Qəza nəticəsində Cəlilabad rayon sakini 54 yaşlı Kamalə Şükürova və 64 yaşlı Cəlilabad rayon sakini Sədiyyə Kazımova dünyasını dəyişib. 9 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Cəlilabad rayon Mərkəzi Xəstaxanasına yerləşdirilib.
Hazırda yaralıların müalicə və müayinəsi davam etdirilir. Hadisə ilə bağlı araşdırmalar aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.