Əlilliyi olan uşaqların övladlığa götürülməsi üçün aylıq sosial ödənişlərin miqdarı açıqlanıb.
Xezerxeber.az xəbər verir ki, sosial xidmət müəssisələrindən uşağın övladlığa götürülməsinə görə aylıq sosial ödəniş 600 manat olmaqla, onu övladlığa götürən şəxsə uşağa qulluğa görə təyin edilmiş bütün aylıq ödənişlər də verilir.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə ümumilikdə aylıq 1170 manat, o cümlədən gözdən əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə ümumilikdə aylıq 1270 manat müavinət verilir
ƏƏSMN-nin Övladlığagötürmə və Alternativ Qayğı Siyasəti şöbəsinin aparıcı məsləhətçisi Aysun Həsənova onu da əlavə etdi ki, əlilliyi olan uşaqlar üçün nəzərdə tutulan müavinətlərin sağlam uşaqlar üçün olan müavinətlərə nisbətən artıq olmasının səbəbi həmin uşaqların ailə mühitində böyüməsinə şəraitin yaradılmasıdır.
Qeyd edək ki, övladlığa götürülən uşaq vəfat etdikdə, uşağa təyin olunmuş əlilik aradan qalxdıqda və ya övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda müavinətin ödənişi dayandırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.