Ümumi dəyəri 2 milyon manatdan çox olan daşınmaz əmlak dələduzluq yolu ilə ələ keçirilib.
Xezerxeber.az xəbər verir ki, bu iddia ilə paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yaşayan bir qrup sakin çıxış edib. Onların sözlərinə görə, Fərhad Nağıyev adlı şəxs, köhnə tarixdə saxta sənədlər hazırlayaraq onların ev və torpaq sahələrini başqa şəxslərə satıb.
Sakinlər deyir ki, onlara təqdim olunan saxta sənədlərlə bağlı ekspertiza və məhkəməyə müraciət ediblər. Hətta ekspertizanın rəyi əsasında sənədlərin saxta olması da sübuta yetirlib. Lakin məhkəmədə verilən qərar qarşı tərəfin lehinə olub.
Məsələni aydınlaşdırmaq məsədi ilə ittiham olunan Fərhad Nağıyevlə əlaqə saxladıq. Bildirdi ki, onun torpaqları həmin şəxlər tərəfindən zəbt edilib, yalnız evlərin bünövrəsi qoyulan zaman onun bundan xəbəri olub.
Əraziyə gələrək tikintinin qarşısını almağa çalışsa da əhəmiyyət verən olmayıb. Bundan sonra Fərhad Nağıyev məhkəməyə müraciət edib. Səslənən şikayətlərin əsassız olması məhkəmə tərəfindən də sübuta yetirilib.
Fərhad Nağıyev bildirib ki, şikayətçilərin onunla bağlı böhtan xarakterli məlumatlar yayması ilə bağlı yenidən Səbail rayon məhkəməsinə müraciət edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.