Xəzər Xəbər

Bakının 4 kəndi istiqamətində yalnız bir marşrut xətti işləyir - Sərnişinlər ŞİKAYƏTÇİDİR VİDEO

Veb TV | 21:00 • 5 İyun 2024
Bakının 4 kəndi istiqamətində yalnız bir marşrut xətti işləyir - Sərnişinlər ŞİKAYƏTÇİDİR

Bakının 4 kəndinə yalnız bir avtobus işləyir.

Xezerxeber.az-ın xəbərinə görə, sərnişinlərin dediyindən belə aydın olur ki, bu avtobuslar da  yalnız Qala ərazisinə qədər fəaliyyət göstərir. Gün ərzində isə təxminən 800-900 sərnişin Q1 marşrut xətti üzrə hərəkət edir.

Məsələ ilə bağlı AYNA ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, 2021-ci ildə Qala" Nəqliyyat Mübadilə məntəqəsini "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən Q1 nömrəli marşrut təşkil edilərək "BakuBus" MMC-nin istismarına verilib. Hazırda sərnişin axınına uyğun olaraq, 10 avtobus 10-12 dəqiqə intervalla vətəndaşlara xidmət göstərir.

O da bilirilib ki, hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var.

Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir. İlk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə müntəzəm və ekspress avtobus marşrutları müsabiqəyə təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar