İriqabaritli nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə bağlı qanunda müəyyən dəqiqləşmələr aparılır.
Xezerxeber.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hüquqşunas Ərşad Hüseynov deyir ki, qanuna ediləcək yeni dəyşiklik inzibati məsuliyyəti dəqiqləşdirəcək və mübahisələri aradan qaldıracaq.
Nazirlər kabinetinin mövcud qərarı ilə iriqabaritli nəqliyyat vasitələrinin qabarit parametrlərinə dair konkret tələblər var. Dəyişikliyə əsasən, sürücü yalnız həmin qabarit parametrlərini en üzrə 15 santimetr və daha artıq, uzunluq və hündürlük üzrə isə 20 santimetr və daha artıq pozduğu halda cərimə ediləcək.
Ərşad Hüseynov deyir ki, oxşar yanaşma və dəyşiklik yüklərin kültəsi ilə bağlı da ediləcək. Başqa sözlə, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq olduğu halda sürücü cərimələnə bilər
Qeyd edək ki, dəyşiklik təklifi iyunun 7-də milli məclisdə müzakirə ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.