İmtahanda uğur qazanmaq üçün həm abituriyentlər, həm də tələbələr yaddaş gücləndirici dərmanlara üstünlük verirlər.
Xezerxeber.az xəbər verir ki, bu tendensiya son vaxtlar daha da artıb.
Abituriyentlərlə yanaşı bəzi valideynlər də övladlarına belə dərmanlar alırlar. Əczaçılar deyir ki, yaddaş gücləndirən dərmanlara tələbat artıb.
Ekspertlər isə xəbərdarliq edir. Yoxlamadan keçmədən bu dərmaların istifadəsi bir çox problemlərə yol aça bilər.
Səhiyyə Nazirliyinin mütəxəssis-eskperti Zakir Quliyev isə bildirib ki, mikroelement, mineral vitamin çatışmazlığı, xroniki yorğunluq, stres xəstədə yaddaş probleminə gətirib çıxarda bilir. Bəzi insanlar isə diqqətini toplaya bilmədiyindən bunu yaddaş problemi kimi qələmə verirlər. Bu zaman bəzən psixotrop dərmanlar belə qəbul edilir. Bu da bəzilərində sonradan asılılıq yaradır. Yüksək dozada qəbul edildikdə isə gənclərdə daha ağır fəsadlara gətirib çıxara bilər. Belə problemi olanlar mütləq şəkildə həkimə müraciət etməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.