Azərbaycanda müsadirə edilmiş əmlakın hərraca çıxarılması ilə bağlı təlimat təsdiqlənib.
Xezerxeber.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Kollegiyası "Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin hərraca çıxarılması və hərracda satılması barədə Təlimat"ı təsdiqləyib.
Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Hüquqşünas Şamil Paşayev deyir ki, təlimat əmlakın hərraca çıxarılması və hərracda satılması qaydalarını müəyyən edir.
“Bəs bu kimi hərracların vətəndaşlara nə kimi faydası ola bilər?”
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.