"Avropaya illik qaz tədarükü son 3 ildə 8,2 milyard kubmetrdən 12 milyard kubmetrə yaxın artıb".
Bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
Nazir Azərbaycanın məqsədinin regionda və onun hüdudlarından kənarda enerji təhlükəsizliyini təmin etmək olduğunu vurğulayıb.
Pərviz Şahbazov həmçinin bildirib ki, Azərbaycan Avropanın enerji təchizatını yaşıl enerji ilə şaxələndirə bilər..
SOCAR-ın prezidenti Rövşən Nəcəf də forumda çıxışı zamanı Dövlət Neft Şirkətinin bərpa olunan enerji layihələrinə investisiya yatırmağı planlaşdırdığını açıqlayıb
Forumda o da bildirildi ki, Mərkəzi Asiya regionundan Azərbaycan vasitəsilə Avropaya "yaşıl enerji"nin tədarükünün təşkili üzrə də işlər aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.