Çeşid çox, qiymət müxtəlif...
Xezerxeber.az xəbər verir ki, ticarət mərkəzlərində göz qamaşdıran qab-qacaqdan tutmuş, müxtəlif məişət əşyalarına kimi hər şey var.
Alıcılar deyir ki, ilin bütün günlərində cehizlik əşyalara tələbat var. Amma alıcılıq qabliyyəti əvvəlki illərlə müqayisədə aşağıdır, qiymətlər isə çeşidə görə dəyişir.
Bazarda ən çox durğunluq tül-pərdə salonlarında hiss olunur. Satıcılar bildirdilər ki, tül pərdənin metrəsi 7 -70 arasında dəyişir. Pərdə dekorun qiyməti isə 15-150 manat arasıdır.
Çılçıraq və qab qacaq mağazasındakı çeşid-çeşid mallar da göz oxşayır.
Satıcılar deyir ki, hazırki qiymətlərlərlə mebel də daxil olmaqla bir qızın cehiz xərci minimum 15, maksimum 30-35 min manata başa gəlir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.