Son vaxtlar ölkədə minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəzlənməsi ilə bağlı təkliflər hazırlanır.
Bəs ümumiyyətlə saatlıq əməkhaqqı nə qədər olmalıdır və kimlərə aid edilə bilər?
Xezerxeber.az-ın xəbərinə görə, vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, minimum əməkhaqqı avropa ölkələrində tətbiq olunan növdür.
Lakin ölkəmizdə minimum əməkhaqqını saat hesabına böldükdə çox kiçik rəqəm alınır ki, bu da həmin ölkələrlə müqayisədə çox azdır. Onlar arasında bizə yaxın olanlar da var.
Sahib Məmmədovun sözlərinə görə saatlıq əməkhaqqı minimum əməkhaqqı hesabına formalaşdığından bu məsələ tənzimlənməli və minimuməməkhaqqı artırırlmalıdır. Bu sistem isə iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.