Bakıda çoxmərtəbəli binanın blokundan çıxan komendantın başına başqa bir şəxs düşüb. Hər iki şəxs elə yerindəcə dünyasını dəyişib.
Hadisə Nizami rayonu ərazisində, 16 mərtəbəli binada baş verib. Belə ki, 23 yaşlı yaftum Orucovun binanın16-cı mərtəbəsindən, həyətdə olan 52 yaşlı Komendant Namiq Məmiyevin üzərinə düşdüyü deyilir.
Hadisə şahidlərinin bəziləri isə deyir ki, Namiq Məmiyev komendant yox, binanın mühafizəçisi olub.
Bildirilir ki, 23 yaşlı Yaftum Orucov isə ümumiyyətlə bu ünvanda yaşamırdı. Onun səhər saatlarında həmin ünvana gəldiyi bildirilir.
Zərbə güclü olduğundan hər iki şəxs elə yerindəcə keçinib. Əraziyə polis, prokurorluq orqanları gəlib.
Hazırda hər iki şəxsin ölüm faktı Nizami rayon prokurorluğunda araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.