Bu il ilk dəfə olaraq Qarabağ universitetində “SABAH” qrupları fəaliyyət göstərəcək. Bu isə o deməkdir ki, universitetdə ödənişli təhsil alan “SABAH” qrupunda olan tələbələr təhsilhaqqından azad olunacaqlar.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirib.
Bildirildi ki, həmin tələbələr Qarabağ Universitetinin ilk tələbəsi olacaq, ödənişsiz təhis alacaq, ödənişsiz yataqxana, kompüterlə ilə beynəlxalq, yerli ikili diplom və mübadilə proqramları ilə təmin olunacaqlar.
Gələn il üçün isə Qarabağ universitetində sabah qrupları olaraq mühəndislik ixtisası və texniki elmlər üzrə olan ixtisaslar da nəzərdə tutulub.
“SABAH” qruplarının icra komitəsinin rəhbəri Elza Səmədova onu da bildirdi ki, tələbələr sabah qruplarının veb səhifəsinə daxil olub qeydiyyatdan keçə bilərlər.
Avqustun əvvəli bütün nəticələr açıqlanmış olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.