Minik avtomobilinin vurduğu piyadalardan biri ölüb, digərinin isə xəstəxanada müalicəsi davam etdirilir.
Xezerxeber.az xəbər verir ki, ağır yol nəqliyyat hadisəsi Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetməni itirərək Girdəni kənd sakinləri 29 yaşlı Elmar Hüseynovu və 24 yaşlı Məhərrəməli Ağayevi vurub. Minik maşını sonra ərazidə olan iki ədəd internet dirəyini də aşırıb.
Yaralılar ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Xəstəxanada ölən Elmar Hüseynovun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.