Respublika Klinik Xəstəxanası köçürülür.
Xezerxeber.az-ın xəbərinə görə, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Bəs, məsələ nə dərəcədə həqiqəti əks etdirir və köçürülmə prosesi nə vaxt başlayacaq?
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Nərimanov tibb mərkəzindən sonra, Respublika klinik xəstəxanasının da köçürüləcəyini təsdiqləyib. Onun sözlərinə görə, tibb müəsisəsində əsaslı təmirə ehtiyac var.
Vüqar Qurbanov, həmçinin, dövlət tibb müəəsisələrindəki həkimlərin vətəndaşlardan, poliklinikadan göndəriş gətirməsini tələb etmələri ilə bağlı məlumatlara də aydınlıq gətirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.