Xəzər Xəbər

ABŞ-ın Azərbaycandakı sabiq səfirindən "Xəzər Xəbər"ə önəmli AÇIQLAMLAR VİDEO

Veb TV | 20:45 • 4 İyun 2024
ABŞ-ın Azərbaycandakı sabiq səfirindən "Xəzər Xəbər"ə önəmli AÇIQLAMLAR

"Azərbaycan üçün əsl imkan "COP29"-un sədri olduğu dövrdə bütün dünyaya özü haqda həqiqəti başa salmaqdır."

Bu sözləri ABŞ-nin Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza "Xəzər Xəbər"ə müsahibəsi zamanı deyib.

O, qeyd edib ki, Azərbaycan Birləşmiş Ştatlar, Avropa İttifaqı və digər ölkələrlə beynəlxalq əlaqələrinin və əməkdaşlıq coğrafiyasının genişləndirməyə maraqlıdır.

Metyu Brayza Azərbaycanın qlobal aktor rolunda çıxış etdiyini vurğulayıb. Sabiq səfir həmçinin Azərbaycanın öz qonşusu Ermənistan ilə sülh razılaşması ərəfəsində olmasını yüksək qiymətləndirib və bunu Azərbaycan tarixi üçün vacib bir məqam adlandırıb.

Sabiq səfir onu da qeyd edib ki, ABŞ bundan sonra da Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qorusa, Bakı-Vaşinqtion əlaqələri daha da inkişaf edəcək.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti