Xəzər Xəbər

Xırdalanda sahibsiz itlər məktəbliyə xəsarət yetiriblər VİDEO

Veb TV | 21:30 • 3 İyun 2024
Xırdalanda sahibsiz itlər məktəbliyə xəsarət yetiriblər

Abşeron rayonunun Xırdalan şəhərində sahibsiz küçə itləri məktəbliyə hücum edərək ona xəsarət yetiriblər. 

Xezerxeber.az-ın məlumatına görə, xəsarət alan şəxs Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin 8-ci sinf şagirdi, 13 yaşlı qızdır.

Sakinlər bildiriblər ki, qız 6 itlərin hücumuna məruz qalıb və bədəninin müxtəlif hissələrindən xəsarət alıb.  Sakinlər isə hazırkı vəziyyətdən narahatdırlar.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, hadisə şagird məktəbin həyətinə girməmiş, təhsil ocağının giriş qapısının qarşısında olub. Xoşbəxtlikdən həmin vaxt məktəbin qarşısından təcili tibbi yardım avtomobili keçirmiş. Çox qısa vaxt ərzində məktəbli xəstəxanaya çatdırılıb. Abşeron-Xızı Regional Təhsil İdarəsindən o da bildirildi ki, şagirdlərin təhlükəsizliyinin təmini məqsədilə lazımi tədbirlərin görülməsi üçün bütün aidiyyəti qurumlara məktub ünvanlanıb.

Xəstəxanadan isə bildirilib ki, xəstə sol baldırın yuxarı 3-də 1-nin dişlənmiş yarası diaqnozu ilə Abşeron Mərkəzi Xəstəxanasının Təcili tbbi yardım bölməsinə yerləşdirilib. Yardım göstərildikdən sonra evə buraxılıb, vəziyyəti qənaətbəxşdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar