Xəzər Xəbər

Qəbul imtahanlarına salınan sualların çətin olduğu iddia edilir VİDEO

Veb TV | 20:23 • 3 İyun 2024
Qəbul imtahanlarına salınan sualların çətin olduğu iddia edilir

Sosial şəbəkələrdə ötən gün keçirilən 1-ci və 4-cü ixtisas qruplarında qəbul imtahanlarında bəzi fənlər üzrə sualların çətin olduğu ilə bağlı iddialar yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən təhsil eksperti Rizvan Fikrətoğlu da deyir ki, buraxılış imtahanlarından fərqli olaraq, ali məktəblərə 1-ci cəhd qəbul imtahanlarına bir qədər fərqli suallar düşüb. Onun sözlərinə görə, bəzi abituriyentlər fizika, riyaziyyat və biologiya fənlərindən verilən sualları cavablandırmaqda çətinlik çəkiblər.

Ekspert hesab edir ki, sualların çətin olması abituriyentləri imtahanların 2-ci cəhdinə daha yaxşı hazırlaşmağa sövq edəcək.

Ekspert tövsiyə edir ki, abituriyentlər növbəti mərhələyə sualların çətinlik səviyyəsinə görə hazırlaşmalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar